“Qara olduğuna görə ona çörək,torpaq verildi”.

Dünya

1913-cü ildə torpaq qrant proqramı çərçivəsində Oklahoma ştatında köləlikdən azad edilmiş valideynlərindən doğulan 10 yaşlı Sara Rektor adlı qıza torpaq sahəsi verildi. Ən yaxşı kənd təsərrüfatı torpaqları ağlar üçün ayrıldığı üçün ona məhsulsuz hesab edilən torpaq verildi.
Rektor ailəsi öz torpaqlarını əkirdi, lakin bu, onlara asan deyildi. Onlar ağların köləsi olmasalar da, ağdərililərin sahib olduğu hüquqlara malik deyildilər ki, bu da onların dövlətdən lazımi yardımı almasına mane olurdu.Amma ətrafındakı ağdərililəri bu vəziyyət narahat edirdi.
Çünki onlara görə zəngin insanlar ağ olmalıdır. Ona görə də Rektor ailəsini “ağ geyinmiş qara dərili torpaq sahibləri” kimi qəbul etdilər.
Lakin sonra bu torpaqlarda neft kəşf edildi və bu, onu ölkənin ilk afro-amerikalı milyonçularından birinə çevirdi.
Sarah Rektor və ailəsi çox varlanandan sonra ağdərililərdən böyük hörmət və diqqət gördülər.
Yetkinlik çağında Sara ağdərililərdən çoxlu məktublar və evlilik təklifləri alırdı.

MUASİRMEDİA.AZ

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir