Biləsuvar rayonunun Təzəkənd kəndində ov tüfəngindən açılan atəş nəticəsində kənd sakini, 57 yaşlı İqbal Bəhlul oğlu Bağırov dünyasını dəyişib.
Hadisə axşam saatlarında mərhumun yaşadığı ünvanda baş verib.İlkin məlumata görə, ailə daxilində baş verən mübahisə zamanı İqbal Bağırov oğlanlarından birinin əlində olan ov tüfəngini onların əlindən alaraq əsəbi halda silahın qundağını yerə vurub. Bu zaman tüfəngdən açılan atəş onun qarın nahiyəsinə dəyib. Ağır yaralanan ailə başçısı Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, yolda həyatını itirib.Hadisə ilə bağlı TƏBİB-dən sorğuya cavab olaraq bildirilib ki, bu gün saat 20:30 radələrində 1968- ci il təvəlüdlü (kişi cinsli) şəxs Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına ölü vəziyyətdə gətirilib. Qeyd edək ki, İqbal Bağırov Biləsuvar rayonunda yerləşən pambıq zavodlarının birində mexanizator kimi çalışırmış və onun qardaşı hadisə baş verən kəndin icra nümayəndəsi işləyir. Onun övladlarından biri subay olmaqla digəri yeni ailə həyatı qurubmuş.İlkin dindirilmə üçün mərhumun hər iki oğul övladı Biləsuvar rayon prokrorluğuna aparılıb. Hadisə ilə bağlı hüquq-mühafizə orqanları araşdırmaları davam edir. Yaqub Mehdioğlu Biləsuvar

MUASIRMEDIA.AZ
Yaqub Mehdioğlu Biləsuvar
Yaqub Mehdioğlu Biləsuvar