İftarotetlər… Cəmiyyətin hər çirkinliyini,pulun köləsi olanlar yaradır.

DIN
Həşərat kimidirlər,insanlığı tərk ediblər,qiblələri pul, səcdələri ayaqlar altınadır.
Maddi baxımdan zəngin,mənəvi baxımdan yoxsullar,Ramazan ayını da,orucluğu da nəfslərinə yem edib, “iftar sürfələrini” də alver yerinə,bazara döndəriblər.
40-50(az və ya daha çox)nəfərlik “iftar süfrəsində”, 2-3 nəfər oruc tutan olur,yerdə qalanı, dünəndən qalan “paxmelindən” hələ ayılmayan,sobutulniklər, 3-4 nəfər də, min bir bəhanə ilə oruc tutmayan titul xatirinə həci olanlar olur və üstəlik də, süfrənin baş tərəfində hər dinə qulluq edən həci “seyid” əyləşir.
2-3 nəfər oruclu olanlar, bir şorba ilə oruclarını açaraq kifayətlənir,namazlarını qılıb az-az qurdalanıb çaylarını bol-bol içərlər. İftarotetlər isə, o zəngin masanı yeyib süpürürlər,əlavə sifarişlər də verirlər… və s.
Acgöz,görməmiş,vətənsevərliyi şərab badələrində sağlıqlardan o yana keçməyən, nəfsinin qulu olan
belələri üçün, “İftar sürfəsi” vermək,təkəbbürlü göstəri olmaqla yanaşı,yaltaqlığın bir fəndidir,kimlərəsə yarınmaq və kimlərdənsə yararlanmaq fürsətidir..Sizlər necə də çirkinsiniz…
Bütün bunlarlarla yanaşı, iftarını açmağa macal və yaxud ərzaq tapmayıb,təkcə su ilə iftar açan ağzı dualı, gözü tox,qəlbi geniş, nəfsinə qalib, imanlı və Uca Yaradanı idrak edən, vətənpərvər insanlarımız da, gözəlliklər də mövcuddur…
Allah, mərdləri qorusun və namərdlərə möhtac etməsin.
Allah, tutulan orucları,edilən duaları qəbul etsin.
Amin !

 MUASİRMEDİA.AZ
Aydın Şükür

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir