Zelenski mayın 9-da Avropa liderlərini Kiyevə dəvət etdi

Siyasət

Ukrayna Prezidenti Vladimir Zelenski mayın 9-da Avropa liderlərini Kiyevə dəvət edib.

Bu barədə Politico məlumat yayıb.

Zelenskinin sözlərinə görə, Avropa liderlərinin bu tarixdə Kiyevdə keçiriləcək görüşü “ Moskvada ənənəvi hərbi parad fonunda diplomatik güc nümayişinə” çevrilməlidir.

Ukrayna lideri “könüllülər koalisiyası” ilə də görüşmək arzusunu ifadə edib. Zelenski mümkün atəşkəsdən sonra Ukrayna üçün təhlükəsizlik təminatlarını müzakirə etmək niyyətindədir.MM.AZ