Ukraynaya, onun xalqı və dövlətinə böyük hörmətimlə bərabər, obyektiv deməliyəm ki, bu ölkədə dövlət, ictimai və təhsil sistemində korrupsiya var, özü də çox açıq, primitiv dərəcə! Bunu, təssüf ki, canlı faktlarla bilirəm, açmıram.
Bu bəlanın da kökü, Rusiyayönlü Yanukoviçdən başlaynb, biznesmen Poroşenkoda güclənib və bu gün, dövlətin başı müharibəyə, xarici yardım əlaqələrinə qarışdığından hələ də ki kəsilməyib. Hələ də, məmurlar dövlətin büdcəsini və xalqın pulunu, xaricdən gələn vəsaitləri mənimsəyirlər.
Bu səbəbdən və həm Ukraynaya yardımçı xarici dövlətlərin təşviqi ilə korrupsiya ilə mübarizəni gücləndirmək üçün, bu ölkədə hüquq-mühafizə sisteminə tabesiz iki müstəqil təşkilat yaradılıb. Birisi, Milli Antikorrupsiya Bürosudur (NABU), o birisi isə Xüsusi Antikorrupsiya Ptokurorliğudur.
NABU xüsusi statusa malik, mərkəzi orqanıdır. Və öz yurisdiksiyasına daxil olan korrupsiya və digər cinayət əməllərinin qarşısının alınmasına məsuldur. Bu orqan, birbaşa Baş Prokurorluğa, və ya, Prezidentə deyil, Parlamentə və Nazirlər Kabinetinə tabedir və nəzarəti də Parlamentin Mütəşəkkil Cinayətkarlığa Qarşı Komitəsi edir.
İkinci yaradılan orqansa Xüsusi Antikorrupsiya Ptokurorliğudur (SAP) o da həm baş Prokurora və həm, NABU-ya eyni dərəcədə tabe olmaqla qəribə bir, müstəqil nəzarət istintaq orqanıdır.
Nəsə, ölkədəki korrupsiya ilə mübarizə sistemi görünür ki qarışıq və haçalanmış vəziyyətdədir. NABU Parlamentə və Nazirlər Kabinetinə tabe, SAP da Parlamentə tabe olan NABU-ya və ölkə prezidentinə tabe onan Baş Prokurora tabedir. Nə oldu, bu? Bu, başaçılmaz qarışıqlıq və həm anlaşılmaz tabeçiliyin içində, korrupsionerlərə nəzarət, istintaq, ittiham edən bu iki, NABU və SAP, fürsətlə daha böyük korrupsiya etməzmi?Özü də qanunla, SBU-Ukraynanın Təhlükəsizlik Xidməti nəzarətindən kənar müstəqil fəaliyyət imkanında olurlarsa! Belə, antikorrupsiya olur?
Başı Rusiya kimi düşmənlə müharibəyə, xarici dəstəkli ölkələrlə müdafiə danışıqları, səfərlərə qarışan Zelenski daxildəki kortupsiyanın bu cür vüsətini, korrupsiya ilə mübarizənin effektsizlik həddini görüb, nə etsin? Xüsusilə aydın edəndə ki, bu nəzarəti-tabeçiliyi bilinməz orqanlara, bu fürsətlə xeyli Rusiya xüsusi xidməti dürtülmüş!
Aidiyyəti bilgi ixtisaslı səlahiyyətlilərlə məsləhət edib, Parlament, Nazirlər Kabinetilə razılaşdırıb yeni qanun çıxarıblar ki, bu iki parakəndə, ancaq ölkə üçün xüsusilə vacib fəaliyyət tapşırılmış və səlahiyyətlər verilmiş orqan, müəyyən tabeçilik, nəzarət olunan sistemə salınıb durum düzəlsin.
Və dürüst deyək qanunda da bəzi qüsurlar olub, bu səbəbdən də bəzi sadə camaat etiraza çıxıb. Və bu gün artıq, Zelenski xalqın istəyini nəzərə alaraq, daha yeni qanun layihəsini təqdim edib də bildirib ki, Ukrayna xalqının fikri vacib şərtdir. Müharibə də olsa, xalq sözü keçir. Demokratiya.
MUASİRMEDİA.AZ