Türkiyə Peşəkar Futbol İntizam Komitəsi (PFDK) mərc oyunlarında iştirak edən 152 hakimlə bağlı qərarını açıqlayıb.

İdman
Türkiyə Peşəkar Futbol İntizam Komitəsi (PFDK) mərc oyunlarında iştirak edən 152 hakimlə bağlı qərarını açıqlayıb.
149 hakim müvafiq olaraq 8, 10 və 12 ay müddətinə futbol yarışlarından kənarlaşdırılıblar.
Qurumun rəsmi saytında paylaşılan məlumata görə, ali dərəcəli hakimlər Zorbay Küçük, Melih Kurt və Mertcan Tubayla bağlı araşdırmanın davam etdirilməsi qərara alınıb.
PFDK-ya göndərilən hakimlər arasında 7 ali kateqoriyalı referi də yer alır. Onlar Egemen Artun, Mehmet Ali Özer, Melih Kurt, Muhammed Selim Özbek, Seyfettin Alper Yılmaz, Yunus Dursun və Zorbay Küçükdür.
Türkiyə Futbol Federasiyasının (TFF) prezidenti İbrahim Hacıosmanoğlu bu yaxınlarda mətbuat konfransında bildirib ki, ölkədə peşəkar futbol liqalarının matçlarına təyinat alan 571 hakimdən 371 nəfərin mərc oyunları saytlarında aktiv hesabları var. Bu açıqlamadan sonra prokurorluq araşdırmalara start verib. Rəsmilər son 5 ilin bütün məlumat və qeydlərinin araşdırıldığını açıqlayıblar.
MM.AZ