Zərərli vərdişlər intizamsızlıq yaradır

Təhsil
Paytaxtın Səbail rayonunda 132–134 nömrəli liseydə maarifləndirici tədbir keçirilib. Tədbirdə şagirdlərə narkotik vasitələrin fəsadları, qanunvericilik tələbləri və sağlam həyat tərzinin əhəmiyyəti barədə ətraflı məlumat verilib.
Liseyin direktoru Aygün Mikayılova, Səbail RPİ-nin rəisi, polis polkovniki Hikmət Qasımov, DİN Mətbuat Xidmətinin rəis müavini, polis polkovniki Hafiz Təmirov, həkim-narkoloq Fizzə Baxışova və Səbail RİH nümayəndəsi Leyli Mirzəyeva şagirdləri sağlam düşüncəyə və məsuliyyətli davranışa çağırıblar.
Tədbirdə videoçarxlar nümayiş olunub, şagirdlər interaktiv sual-cavabda fəal iştirak ediblər.

MM.AZ