Neftçi” özünü dünyaya tanıdan hücumçuya, görün, nə qədər pul ödəyir – ŞOK RƏQƏM!

İdman

«Neftçi»nin Vensan Abubakarın keçidinə nə qədər xərcə düşdüyü bilinib.

Paytaxt təmsilçisi kamerunlu hücumçuya hər ay 40 min dollar əməkhaqqı ödəyəcək.

Bu, gələn ilin iyununadək belə davam edəcək.

33 yaşlı ulduz həmin vaxtadək özünü doğrultsa, müqaviləsi daha 1 il uzadılacaq. Belə olan halda isə onun məvacibi daha 20 min dollar artırılacaq.

Kamerun yığmasının lideri forma geyindiyi üç Premyer Liqa matçında 2 qol vurub, 1 məhsuldar ötürmə verib.

O, «Qəbələ» və «Kəpəz»in qapısına yol tapıb. Həmçinin ölkə kubokunun ikinci təsnifat mərhələsinin MOİK-lə görüşündə (6:2) dubla imza atıb.MM.AZ