Ramana qəsəbəsi, Şuşa şəhərciyində 803 qutu pirotexniki vasitə aşkarlanıb-FOTO

Kriminal
Sabunçu Rayon Polis İdarəsi və 12-ci Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi tədbirlərlə Ramana qəsəbəsi, Şuşa şəhərciyində pirotexniki və tezalışan maddələrin gizli satıldığı anbar aşkarlanıb.
38 yaşlı N.Şükürov saxlanılıb.
Ondan 803 qutu səs effekti yaradan, 6 372 ədəd işıq effektli pirotexniki vasitə götürülüb.
Barəsində protokol tərtib olunaraq məhkəməyə göndərilib.
 Təkcə ötən həftə ərzində Sabunçu RPİ tərəfindən pirotexniki vasitələrin qanunsuz satışı ilə bağlı 25 fakt aşkarlanıb və müvafiq tədbirlər görülüb.
 Pirotexnika əyləncə deyil, potensial təhlükədir.
Xüsusilə yaşayış massivlərində bu vasitələr insan həyatı, uşaqlar və əmlak üçün real risk yaradır.
gazete bayisi ve yazı görseli olabilir
MUASİRMEDİA.AZ DİN