Amerika başqa ölkələrlə danışıq aparmır, razılaşmanın mətni əvvəlcədən ABŞ tərəfindən hazırlanır və dövlət başçılarının qarşısına qoyulur, onlara sənədlərdə tam olaraq nələrin yazıldığını sorğulamaq şansı da verilmir, sadəcə kameralara təbəssüm edərək imza atmaq şansları var.
Amma İranla belə edə bilmirlər.
İran Amerikanın seçdiyi yerdən imtina edərək, danışıqların harada keçiriləcəyini özü təyin edir və bunu Amerikaya qəbul etdirir. İran danışıqlardan öncə qırmızı xətlərini müəyyən edir, hansı məsələlər və haraya qədər müzakirəyə açıqdır, bunları təyin edir.
Həm də bütün bunları Amerikanın bölgədə hərbi aktivliyinin pik həddə olduğu dönəmdə edir. Mən əminəm ki, İran rəhbərliyi bütün bunlarda Quranı rəhbər tutaraq hərəkət edir:
“Acizlik göstərməyin və kədərlənməyin. Möminsinizsə, üstün olan sizsiniz”.
Ali İmran sürəsi – 139
“Kim Mənim hidayətimə tabe olsa, onlar üçün qorxu yoxdur və onlar kədərlənməzlər”.
Bəqərə sürəsi – 38
“Bilin ki, Allahın dostlarına heç bir qorxu yoxdur və onlar qəmgin olmazlar”.
Yunis sürəsi – 62
“Ey iman gətirənlər! Bir dəstə ilə qarşılaşdığınız zaman möhkəm dayanın və Allahı çox zikr edin ki, nicat tapasınız”.
Ənfal sürəsi – 45
“Ey iman gətirənlər! Əgər Allaha kömək etsəniz, O da sizə kömək edər və ayaqlarınızı möhkəm edər”.
Məhəmməd sürəsi – 7

MUASİRMEDİA.AZ
