Tovuzda Qarabağ müharibəsi iştirakçısı vəfat edib

Cəmiyyət
Tovuz rayonunun Aşağı Quşçu kənd sakini, Qarabağ müharibəsi qazisi, birinci dərəcəli əlil Hüseynov Cəfər Gözəl oğlu vəfat edib.
Mərhum Aşağı Quşçu kənd qəbiristanlığında dəfn olunub. Dəfn mərasimində Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov, YAP Tovuz rayon təşkilatının sədri Nihad Pənahov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər.
C.Hüseynov 1993-cü ildə Qarabağ uğrunda gedən döyüşlərdə iştirak etmişdir. 1994-cü ilin aprel ayında Ağdam rayonunun Güllücə kəndi istiqamətində gedən döyüşlər zamanı ağır yaralanaraq birinci dərəcəli əlillik almışdır.
Mərhum ailəli idi, 3 övladı var.
Allah rəhmət eləsin.
MUASİRMEDİA.AZ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir