Salyan rayon İcra Hakimiyyətinin Başçısının tapşırığına əsasən, Biləsuvar rayonunda həyata keçirilən və Qafqazın ən böyük layihələrindən biri hesab olunan günəş enerjisi layihəsində fəaliyyət göstərən şirkətlərə hərtərəfli dəstək göstərilir. Azərbaycan üçün mühüm əhəmiyyət daşıyan bu layihə regionda alternativ enerji sahəsinin inkişafına, eyni zamanda əhalinin məşğulluq səviyyəsinin yüksəlməsinə ciddi töhfə verir.
Biləsuvar rayonunda inşa edilən “Günəş paneli” layihəsi artıq min nəfərdən çox insanın işlə təmin olunmasına şərait yaradıb. Layihə təkcə Biləsuvarın deyil, ətraf rayonların da sakinləri üçün yeni imkanlar açıb. Xüsusilə gənclərin müasir texnologiyaların incəliklərini öyrənməsi, yeni bilik və bacarıqlara yiyələnməsi baxımından bu təşəbbüs böyük əhəmiyyət daşıyır. Qeyd etmək lazımdır ki, layihəyə yaxın ərazidə yerləşən Salyan rayonundan 200 nəfərdən artıq sakin müvəqqəti işlə təmin olunub və tikintiyə ən yaxın kənd olan Şorsulu kəndində daşınan Beton zavodun tikilməsi üçün ərazidə ayrılmışdır. Layihədə çalışan işçilərin əməkhaqqı digər təşkilatlarla müqayisədə demək olar ki, iki dəfə yüksəkdir. Bununla yanaşı, işçilər iş yerinə nəqliyyat vasitəsi ilə çatdırılır, həmçinin yemək xərcləri də qarşılanır. Bu isə sosial rifahın yüksəldilməsinə və işçi məmnuniyyətinin artırılmasına xidmət edir. Hazırda layihə çərçivəsində 6-7 şirkət fəaliyyət göstərir. Tikinti sahəsinə ən yaxın kəndlərdən biri olaraq, Salyan rayonu da prosesdə fəal iştirak edir. Rayon rəhbərliyinin tapşırığına uyğun olaraq, layihədə çalışan mütəxəssislərin və işçilərin müvəqqəti məskunlaşması üçün evlərin ayrılması, ofis sahələrinin təşkili və texniki təminat məsələlərində dəstək göstərilir. Dünya sürətlə yeniliklərə doğru irəlilədiyi bir dövrdə, bu cür müasir və strateji layihələrdə iştirak etmək bölgə əhalisinin inkişafdan geri qalmamasına xidmət edir. Alternativ enerji mənbələrinin inkişafı həm iqtisadi, həm də ekoloji baxımdan ölkəmiz üçün mühüm perspektivlər açır. Azərbaycan xalqı dünyanın inkişaf etmiş ölkələri ilə eyni səviyyədə yaşamaq hüququna malikdir və bu kimi layihələr həmin məqsədə doğru atılan mühüm addımlardandır. Layihədə çalışan insanlar adından ölkə rəhbərliyinə göstərilən diqqət və qayğıya görə dərin minnətdarlıq ifadə olunur. Bu təşəbbüs həm bölgənin sosial-iqtisadi inkişafına, həm də ölkənin enerji strategiyasına mühüm töhfə verir.

MUASİRMEDİA.AZ
FUAD QƏHRƏMƏNOV SALYAN