Əli Əsədov yeni qərar imzaladı

Siyasət

Nazirlər Kabineti 21 yanvar 2008-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Diplomatik xidmət əməkdaşlarına təminat və kompensasiyaların verilməsi Qaydaları”nda dəyişiklik edib.

 Bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Qərarla Azərbaycanın diplomatik nümayəndəliklərində və konsulluqlarında dövlət məvacibinin, aylıq əlavənin və digər təminatlarla bağlı ödənişlərin həyata keçirildiyi valyutaların növləri siyahısına Bəhreyn Krallığı da əlavə edilib.

Prezident İlham Əliyevin 2025-ci ilin oktyabr ayında imzaladığı Sərəncamla Azərbaycanın Bəhreyndə (paytaxt Manamada) Səfirliyi təsis edilib.
MUASİRMEDİA.AZ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir