Sosial şəbəkələrdə “Enoor” adı ilə tanınan Elnar Quliyeva saxlanılıb

Hadisə
Sosial şəbəkələrdə “Enoor” adı ilə tanınan Elnar Quliyeva cinayət məsuliyyətinə cəlb edilib.
O, Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin əməkdaşlarının keçirdiyi tədbirlərlə saxlanılıb.
Elnar Quliyevaya qarşı Cinayət Məcəlləsinin 144-cü (insan alveri) maddəsi ilə ittiham irəli sürülüb. Məhkəmənin müvafiq qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilib.
İstintaq tədbirləri davam etdirilir.

MM.AZ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir