Salyan rayonunun tanınmış xanəndəsi, uzun illər səhnə fəaliyyəti ilə tamaşaçıların rəğbətini qazanan, Salyan Dövlət Kukla Teatrının aktyoru Qalib Məlikov vəfat edib.
Uzun sürən xəstəlikdən əziyyət çəkən sənətkar 55 yaşında dünyasını dəyişib. O, yaradıcılığı dövründə yüzlərlə tamaşada müxtəlif və yaddaqalan obrazlar canlandıraraq teatr sənətinə öz töhfəsini verib. Qalib Məlikov eyni zamanda kinoda da fəaliyyət göstərib. O, kinorejissor Kürçaylı Məmmədovun “Bərə” filmində ata obrazını uğurla canlandıraraq tamaşaçıların yaddaşında qalıb.
Qeyd edək ki, Qalib Məlikov 21 may 1971-ci ildə Salyan rayonunda anadan olub.
Allah rəhmət eləsin, məkanı cənnət olsun

MUASİRMEDİA.AZ
YAQUB MEHDİ OĞLU
YAQUB MEHDİ OĞLU