14 yaşlı qızı zorlayıb öldürənə ömürlük həps ediblər

Kriminal

Sabunçunun Maştağa qəsəbəsində baş verən ağır cinayət hadisəsi cəmiyyətdə böyük rezonans doğurub.
İstintaq materiallarına görə, 42 yaşlı Zaur Babayev qeyri-rəsmi münasibətdə olduğu Əfsanə Şadovanın evinə gələrək mübahisə zamanı qadına bıçaqla xəsarətlər yetirib. Yaralı qadın qonşunun həyətinə keçərək kömək istəyib və hadisə yerinə polis əməkdaşları çağırılıb.Bu vaxt Zaur Babayev qadının 14 yaşlı qızını avtomobillə Zabrat gölü yaxınlığına aparıb. İstintaqın məlumatına əsasən, o, azyaşlıya qarşı xüsusi amansızlıqla zorakı hərəkətlər edib, daha sonra cinayətin izlərini gizlətmək məqsədilə bıçaqla qətlə yetirib.Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılan Zaur Babayev Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə ömürlük azadlıqdan məhrum edilib.

MUASİRMEDİA.AZ

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir