Salyan şəhərinin mərkəzi küçələrindən birində, vaxtilə kolxoz bazarının yerləşdiyi ərazidə müasir üslubda yeni ticarət mərkəzi istifadəyə hazırdır.
“Mustafa Tekstil” adlanan yeni ticarət məkanında toxuculuq məhsullarının istehsalı və satışı həyata keçiriləcək. Hazırda mərkəzdə son hazırlıq işləri görülür, eyni zamanda müxtəlif istiqamətlər üzrə işçi qəbulu aparılır. Yeni ticarət məkanının istifadəyə verilməsi ilə həm şəhər sakinləri üçün yeni alış-veriş ünvanının yaranması, həm də bölgədə yeni iş imkanlarının yaradılması gözlənilir.
MUASİRMEDİA.AZ
YAQUB MEHDİ OĞLU
