“Tarixdə monqol deyə bir xalq yoxdur əslində, monqollar 12-ci əsrdə formalaşmış bir xalqdır. Monqol adı da Çingizxanın özünün formalaşdırdığı ittifaqa verdiyi bir addır, yəni etnik ad deyil, ittifaqın adıdır.Bu ittifaq 11 böyük tayfadan ibarət idi və onun elə doqquzu türk tayfası idi, ikisi isə digər tayfalar”.
Əkbər Nəcəf, tarixçi, türkoloq, tədqiqatçı, tərcüməçi.
“Çingizxanın qurduğu xaqanlıq bir türk xaqanlığıdır, ancaq bu tariximiz də Avropa tarixçiləri tərəfindən saxtalaşdırılmışdır. Təbliğ edilən tarixə görə Monqollar gerçək vətənləri Monqolustan olan, Monqolustanın yerli xalqıdır. Əslində isə Monqolustan türklərin ana vətənlərindən biridir və əski türk yazılarında monqol adında bir xalqdan danışılmır, çünki o dövrdə monqol adında hansısa xalq mövcud deyildi. İndiki monqollar isə Çingizxan İmperiyası dağıldıqdan sonra türk və tüngüz boylarının qarışığından yaranmış bir etnosdur.
Əslində “monqol”, “monqul” yaxud da “munqal” şəklində olan bu söz qədim türk dilində “səfehlik”, “gəvəzəlik” mənasındadır”.
Arif Cengiz Erman,professor, türkoloq, tədqiqatçı, ABŞ Meriland Universiteti.
“Dünyanın heç bir xalqı fatehlik şöhrəti və əzəmət baxımından türklərlə yarışa bilməz, çünki bu xalq kainatın əsl hökmranıdır… Əgər müqayisə etsək görərik ki, Çingizxanın fəthlərinin yanında Makedoniyalı İsgəndərin qələbələri heç nədir. Bu müzəffər xalqın yalnız tarixçiləri çatışmayıb ki, onların ağlasığmaz qələbələrinin şöhrətini yaysınlar”.
Fransız maarifçi və filosof Ş.L. Mönteskyenin “İran məktubları” əsərindən (1721-ci il) sitat.
Qeyd: 20-ci əsrin əvvəllərinə kimi monqollar bilmirdilər ki, Çingizxan kimdir. Sovet tarixçilər monqollara tarix yazdılar və onları başa saldılar ki, bu ərazidə Çingizxan yaşayıb və guya o monqolların ulu babasıdır. İndiki Xalxa monqollar Monqolustan ərazisinə 16-cı əsrdə Amur çayınının sahillərindən gəliblər.
MUASİRMEDİA.AZ
