Bu gün Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində “Qlobal təhlükəsizliyə regional töhfə: Cənubi Qafqazda sülh quruculuğu” mövzusunda beynəlxalq konfrans keçirilir.
Tədbirdə müxtəlif ölkələrdən olan siyasətçilər, ekspertlər və ictimai xadimlər regionda sülhün, təhlükəsizliyin və əməkdaşlığın möhkəmləndirilməsi məsələlərini müzakirə edirlər.
Tədbirdə müxtəlif ölkələrdən olan siyasətçilər, ekspertlər və ictimai xadimlər regionda sülhün, təhlükəsizliyin və əməkdaşlığın möhkəmləndirilməsi məsələlərini müzakirə edirlər.
Şuşa bu gün yalnız Azərbaycanın tarixi və mədəniyyət beşiyi deyil, həm də beynəlxalq dialoq, qarşılıqlı etimad və əməkdaşlıq məkanı kimi çıxış edir. Azərbaycanın təşəbbüsləri regionda dayanıqlı sülhün təmin olunmasına, qarşılıqlı hörmətə əsaslanan münasibətlərin qurulmasına və Cənubi Qafqazın inkişafına mühüm töhfə verir.
Konfrans iştirakçıları üçün Şuşadan verilən əsas mesaj aydındır: bölgənin gələcəyi qarşıdurmada deyil, əməkdaşlıqda, təhlükəsizlikdə və birgə inkişafdadır. Azərbaycanın yaratdığı yeni reallıqlar regionda sabitlik və tərəqqi üçün möhkəm zəmin formalaşdırır.




MUASİRMEDİA.AZ
