Prokuror Ermənistan Respublikasının ikinci prezidenti və “Ermənistan” blokunun seçki siyahısındakı ilk namizəd Robert Köçəryana qarşı cinayət təqibinin başlanmasına razılıq verilməsi üçün Mərkəzi Seçki Komissiyasına ərizə təqdim edib.
Ermənistan Respublikasının Baş Prokurorluğundan məlumat verilib.
Robert Köçəryan Ermənistanda keçirilən parlament seçkilərində “Ermənistan” blokunun seçki siyahısında birinci yerdədir. Seçkilərin nəticələrinə görə, “Ermənistan” bloku parlamentə düşmək üçün həddi aşıb və yeni formalaşmış parlamentdə təmsil olunacaq, buna görə də Robert Köçəryana qarşı cinayət təqibinin başlanması üçün Mərkəzi Seçki Komissiyasının razılığı lazımdır.
Xatırladaq ki, iyunun 14-də Robert Köçəryanın ölkədən çıxmağa çalışdığı məlum olub, lakin hava limanında ona ölkədən çıxışının qadağan edildiyi bildirilib.
Prokurorluq Köçəryana cinyayət işi BAŞLADACAQ

MUASİRMEDİA.AZ
