Şəmkir rayonunun Kür qəsəbəsində şəhidlərin əziz xatirəsini yaşatmaq məqsədilə yaradılmış Şəhidlər Muzeyi bu gün baxımsız vəziyyətdədir.Muzeyin ətrafında salınmış park da əvvəlki görkəmini itirib.
Qurumuş yaşıllıqlar, təmizlənməyən ərazi və ümumi baxımsızlıq parkı demək olar ki, xarabalığa çevirib.Qəsəbə sakinləri bildirirlər ki, şəhidlərin xatirəsi hər zaman uca tutulmalı, onların şərəfinə yaradılmış muzey və ətraf ərazi daim diqqətdə saxlanılmalıdır. Onların sözlərinə görə, bu məkan təkcə istirahət yeri deyil, həm də gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsində mühüm rol oynayan mənəvi dəyərdir. Sakinlər aidiyyəti qurumlardan ərazidə abadlıq və bərpa işlərinin aparılmasını, Şəhidlər Muzeyi və parkın yenidən əvvəlki görkəminə qaytarılmasını xahiş edirlər.https://www.youtube.com/shorts/eL1tjg4_T_Q
MUASİRMEDİA.AZ