Baş nazirdən QƏRAR

ölkə

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin işçilərinin say həddi azaldılıb.

 

MUASİRMEDİA.AZ xəbər verir ki, bununla bağlı Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov qərar imzalayıb.

 

Qərara əsasən, Nazirlər Kabinetinin 2017-ci il 14 noyabr tarixli qərarı ilə müəyyən edilmiş “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin işçilərinin say həddi 430 nəfərdən 300 nəfərə endirilib.

 

Bununla yanaşı, idarənin strukturu da yenidən müəyyənləşdirilib.

 

Yeni struktura aşağıdakılar daxil edilib:

 

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Aparatı (departamentlər və şöbələr);

Muzey və Turizm Mərkəzi;

Ənənəvi İncəsənət Mərkəzi.

Qərarla həmçinin əvvəlki sənədlərə bir sıra digər dəyişikliklər edilib. Belə ki, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin adından “Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında” sözləri çıxarılıb.

 

Bundan başqa, İdarənin balansına verilən abidələrin, dövlət mülkiyyətinə məxsus qeyri-yaşayış binalarının, tikililərin və binaların qeyri-yaşayış sahələrinin siyahısında 22-ci və 27-ci hissələr ləğv edilib.

 

Qərarla idarənin Aparatında vəzifə adlandırılmalarına da dəyişiklik olunub. Belə ki, müvafiq cədvəllərdə “Şöbə” sözü “Departament” sözü ilə, “Sektor” sözü isə “Şöbə” sözü ilə əvəzlənib.

 

Qərar 8 sentyabr 2026-cı ildə imzalanıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir