Xəbər verdiyimiz kimi, mədəniyyət naziri Adil Kərimlinin müvafiq əmri ilə Əməkdar artist Oleq Əmirbəyov Azərbaycan Dövlət Akademik Rus Dram Teatrına direktor təyin edilib.
Fevralın 17-də yeni direktor kollektivə təqdim olunub.
Fevralın 17-də yeni direktor kollektivə təqdim olunub.
Tədbirdə çıxış edən mədəniyyət naziri Adil Kərimli Akademik Rus Dram Teatrının zəngin keçmişi, özünəməxsus sənət ənənələrinin olduğunu deyib. Qeyd edib ki, kollektivin yerli və əcnəbi müəlliflərin əsərləri əsasında hazırladığı səhnə əsərləri ölkəmizdə və xaricdə maraqla qarşılanır.
Nazir mədəniyyətin bütün sahələri kimi, teatr fəaliyyətinə də yeni yanaşmaların tətbiqinin zəruri olduğunu deyib. Bildirib ki, dövlət başçısının müvafiq Sərəncamı ilə təsdiq olunan “Azərbaycan Mədəniyyəti – 2040” Strategiyasında bu sahənin də inkişafı ilə bağlı qarşıya yeni vəzifələr qoyulub.
Nazir yeni direktora və kollektivə fəaliyyətində uğurlar arzulayıb.
Oleq Əmirbəyov göstərilən yüksək etimada görə nazirə minnətdarlığını ifadə edib.
Akademik Rus Dram Teatrının keçmiş direktoru, bu günlərdə Gəncə Dövlət Milli Dram Teatrına rəhbər təyin edilən Əməkdar mədəniyyət işçisi Ədalət Hacıyev Oleq Əmirbəyova təbriklərini çatdırıb, onun bu sahədə uğurla fəaliyyət göstərəcəyini əminliyini bildirib.
MUASİRMEDİA.AZ
