Azərbaycan tarixində şanlı “4-lük”: 4 günlük Aprel döyüşləri-FOTOLAR

Tarix
Azərbaycan tarixində şanlı “4-lük”: 4 günlük Aprel döyüşləri, 4 il sonra baş verən Vətən müharibəsi və nəhayət 44 günlük müharibənin tarixi qələbə sevinci — yəni 4 + 4 = 44. Həqiqətən də, Azərbaycanın şanlı Ordusu yalnız böyük bir tarix yazmaqla kifayətlənmədi, eyni zamanda döyüş meydanında rəmzi məna daşıyan bir “riyazi düstur”un əsasını qoydu.
Beləliklə, cəmi dörd gün davam edən Aprel döyüşləri dörd il sonra 44 gün ərzində yazılan möhtəşəm zəfərin başlanğıcı oldu.
Ümumilikdə, Aprel döyüşləri bir neçə mühüm məqamı üzə çıxardı. İlk növbədə, Azərbaycan Ordusunun yüksək döyüş qabiliyyətinə malik olduğu bir daha sübut olundu. Bununla yanaşı, Ermənistanın “keçilməz müdafiə xətti” mifinin əsassız olduğu aydın şəkildə ortaya çıxdı. Uzun müddət “keçilməz” kimi təqdim edilən Ohanyan səddi Azərbaycan Ordusunun qətiyyətli əməliyyatları nəticəsində darmadağın edildi. Bu isə göstərdi ki, işğal altında saxlanılan torpaqlar heç də əlçatmaz deyil.
Eyni zamanda, cəbhədə mövcud status-kvonun dəyişməz olmadığı da sübuta yetirildi. Azərbaycan Ordusunun şücaəti nümayiş etdirdi ki, ölkəmiz işğalla barışmaq niyyətində deyil və lazım gəldikdə hərbi yolla ərazi bütövlüyünü bərpa etməyə qadirdir.
2016-cı il Aprel döyüşləri, əslində, 2020-ci ildə baş verən 44 günlük Vətən müharibəsinin başlanğıcı və mühüm hərbi-siyasi hazırlıq mərhələsi kimi qiymətləndirilə bilər. Ermənistan tərəfinin artan təxribatları, keçmiş təmas xəttində Azərbaycan mövqelərinə qarşı intensiv atəş və hücum cəhdləri bu prosesi daha da sürətləndirirdi. Azərbaycan Ordusu isə bu riskləri öncədən nəzərə alaraq adekvat və sistemli tədbirlər görürdü.
Bu döyüşlər zamanı Ordumuz öz taktiki üstünlüklərini sınaqdan keçirdi, yeni silah və texnologiyaların effektivliyini qiymətləndirdi, eləcə də komanda-idarəetmə sisteminin çevik və funksional olduğunu təsdiqlədi. Məhz bu baxımdan Aprel döyüşləri təkcə lokal hərbi uğur deyil, həm də gələcək böyük qələbənin strateji təməlini təşkil edən mühüm mərhələ idi.
Bu hadisə Azərbaycanın hərbi gücünün, siyasi iradəsinin və xalq–ordu birliyinin parlaq nümunəsi kimi tarixdə öz yerini tutdu.
Şübhəsiz ki, bu yolda şəhidlər də verdik. Uca Allah Vətən uğrunda canından keçən bütün şəhidlərimizə rəhmət eləsin!
Yaşasın Azərbaycan Ordusu!
Yaşasın xalqımız!
Yaşasın Azərbaycan!
1-5 aprel arası döyüşdə həlak olan ŞƏHİDLƏRİMİZİN TAM SİYAHISI – FOTOLAR – 93 ŞƏHİD

Xəzər Hərbi Tədqiqatlar İnstitutunun sosial şəbəkələr üzərində apardığı araşdırmalara görə, aprelin 1-6-da cəbhə xəttində baş verən toqquşmalarda Azərbaycan Silahlı Qüvvələrinin 93 hərbi qulluqçusu həlak olub. 33 yaralının adı bəllidir.

Həlak olanlardan 52 nəfəri əsgər, 10-u Müddətdən artıq Hərbi Xidmət Qulluqçusu, 10-u gizir, 21 nəfəri isə zabitdir.

Onlar aşağıdakılardır:
1-5 aprel arası döyüşdə həlak olan ŞƏHİDLƏRİMİZİN TAM SİYAHISI - FOTOLAR - 93 ŞƏHİD1-5 aprel arası döyüşdə həlak olan ŞƏHİDLƏRİMİZİN TAM SİYAHISI - FOTOLAR - 93 ŞƏHİD1-5 aprel arası döyüşdə həlak olan ŞƏHİDLƏRİMİZİN TAM SİYAHISI - FOTOLAR - 93 ŞƏHİD1-5 aprel arası döyüşdə həlak olan ŞƏHİDLƏRİMİZİN TAM SİYAHISI - FOTOLAR - 93 ŞƏHİD1-5 aprel arası döyüşdə həlak olan ŞƏHİDLƏRİMİZİN TAM SİYAHISI - FOTOLAR - 93 ŞƏHİD1-5 aprel arası döyüşdə həlak olan ŞƏHİDLƏRİMİZİN TAM SİYAHISI - FOTOLAR - 93 ŞƏHİD1-5 aprel arası döyüşdə həlak olan ŞƏHİDLƏRİMİZİN TAM SİYAHISI - FOTOLAR - 93 ŞƏHİD1-5 aprel arası döyüşdə həlak olan ŞƏHİDLƏRİMİZİN TAM SİYAHISI - FOTOLAR - 93 ŞƏHİD1-5 aprel arası döyüşdə həlak olan ŞƏHİDLƏRİMİZİN TAM SİYAHISI - FOTOLAR - 93 ŞƏHİD1-5 aprel arası döyüşdə həlak olan ŞƏHİDLƏRİMİZİN TAM SİYAHISI - FOTOLAR - 93 ŞƏHİD1-5 aprel arası döyüşdə həlak olan ŞƏHİDLƏRİMİZİN TAM SİYAHISI - FOTOLAR - 93 ŞƏHİD1-5 aprel arası döyüşdə həlak olan ŞƏHİDLƏRİMİZİN TAM SİYAHISI - FOTOLAR - 93 ŞƏHİD1-5 aprel arası döyüşdə həlak olan ŞƏHİDLƏRİMİZİN TAM SİYAHISI - FOTOLAR - 93 ŞƏHİD1-5 aprel arası döyüşdə həlak olan ŞƏHİDLƏRİMİZİN TAM SİYAHISI - FOTOLAR - 93 ŞƏHİD1-5 aprel arası döyüşdə həlak olan ŞƏHİDLƏRİMİZİN TAM SİYAHISI - FOTOLAR - 93 ŞƏHİD1-5 aprel arası döyüşdə həlak olan ŞƏHİDLƏRİMİZİN TAM SİYAHISI - FOTOLAR - 93 ŞƏHİD1-5 aprel arası döyüşdə həlak olan ŞƏHİDLƏRİMİZİN TAM SİYAHISI - FOTOLAR - 93 ŞƏHİD1-5 aprel arası döyüşdə həlak olan ŞƏHİDLƏRİMİZİN TAM SİYAHISI - FOTOLAR - 93 ŞƏHİD1-5 aprel arası döyüşdə həlak olan ŞƏHİDLƏRİMİZİN TAM SİYAHISI - FOTOLAR - 93 ŞƏHİD1-5 aprel arası döyüşdə həlak olan ŞƏHİDLƏRİMİZİN TAM SİYAHISI - FOTOLAR - 93 ŞƏHİD

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir