Bakıda gəlinini qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb.
Hadisə paytaxtın Sabunçu rayonu, Ramana qəsəbəsində məcburi köçkünlərin məskunlaşdığı “Şuşa şəhərciyi”ndə baş verib.
Qəsəbə sakini, 1966-cı il təvəllüdlü Adıgözəl Məmmədov birlikdə yaşadığı gəlini, 1995-ci il təvəllüdlü Gülüzar Məmmədovanı bıçaq zərbələri ilə qətlə yetirib.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən A.Məmmədov saxlanılıb.
Məlumata görə, qətl hadisəsini törədən Adıgözəl Məmmədov Vətən müharibəsi şəhidi Səxavət Məmmədovun atası, öldürülən gənc qadın isə şəhidin həyat yoldaşıdır.
MUASRMEDİA.AZ
