Bakıda qadın iş yerinin qarşısında GÜLLƏLƏNDİ: Keçmiş əri saxlanıldı

Kriminal

Bakıda baş verən silahlı insidentin təfərrüatı məlum olub.

 hadisə nəticəsində güllələnən Amalya Qəhrəmanova 44 yaşında olub. Qadın həmin küçədə fəaliyyət göstərən aptekdə əczaçı işləyirmiş. O, iş yerinin qarşısında qətlə yetirilib
Hadisədə şübhəli bilinən Zaur Qəhrəmanovun isə 43 yaşı olub.
Məlumata görə, Z.Qəhrəmanov silahla aptekin qarşısına gələrək onu öldürmək istəyib. Qadın aptekdən küçəyə qaçıb və ərazidən uzaqlaşmaq istəyib. Həmin vaxt Z.Qəhrəmanov onu küçədə yaxalayıb və atəş açaraq, qətlə yetirib. Daha sonra o özünə atəş açıb, yaralı vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Bildirilir ki, Zaurla Amaliya bir neçə ay əvvəl rəsmi boşanıblarmış.
MM.AZ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir