NATO-nun Ankara sammiti

Dünya
NATO-nun Ankara sammiti təkcə Avropa-ABŞ və Türkiyə-ABŞ münasibətlərindəki anlaşılmazlıqları aradan qaldırması, Ukraynaya 140 milyardlıq silah yardımı ayrılması, Trampın İranı lənətləməsi ilə yadda qalmadı. Həm də Ərdoğanın qonaqlara verdiyi hədiyyənin qeyri-adiliyi ilə gündəm oldu.
Əslində T.Ərdoğanın NATO sammitində iştirak edən dövlət başçılarına Türkiyə istehsalı olan silah bağışlaması (üstünə liderlərin adları həkk olunmuş “Gümüşay” markalı tapança) rəmzidir və çox təbiidir. Amma bəzi hökumət başçıları üçün bu hədiyyəni öz ölkəsinə aparmaq problemə çevrildi. Məsələn, Böyük Britaniyanın Baş naziri K.Starmer ölkəsində qüvvədə olan qanuna görə (qısalüləli odlu silah gəzdirmək qadağandır) hədiyyəni Britaniyaya apara bilməyib.
Belçikanın Baş naziri B.De Vever isə Ərdoğanın ona tapança bağışladığını yalnız öz ölkəsinə çatanda jurnalistlərdən öyrənib və hədiyyəni açdıqdan sonra onu hava limanının polisinə təhvil verib. Hollandiya və İsveçin baş nazirləri isə onlara hədiyyə edilmiş tapançaları zəruri idxal sənədləşdirməsi üçün Türkiyədəki səfirliklərində qoyub ölkələrinə qayıdıblar.
Deyirəm ki, çox qanuncul olmağın da belə işləri var…)))

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir