Bu gün İsrail ən böyük dostlarından birini itirib.
Bunu İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir özünün X səhifəsində yazıb.
“Senator Lindsi Qrehem asan olduğuna görə deyil, haqlı olduğuna inandığı üçün İsrailin yanında idi. Onun sarsılmaz dəstəyi, cəsarəti və mənəvi aydınlığı milyonlarla israilli tərəfindən heyranlıqla qarşılandı”, – o bildirib.
Qeyd edək ki, amerikalı respublikaçı senator Lindsi Qrehem 71 yaşında ölüb.
MM.AZ
