TOVUZ DÖYÜŞLƏRİ – MİLLƏTİN QÜRUR SALNAMƏSİ

HƏRBİ
2020-ci ilin iyulunda Tovuz istiqamətində baş verən döyüşlər Azərbaycan xalqının mərdliyini, ordumuzun gücünü və Vətənə sonsuz sədaqətini bütün dünyaya nümayiş etdirdi.
Bu müqəddəs döyüşlərdə canlarını Vətən yolunda fəda edən igid oğullarımız tariximizin ən şərəfli səhifələrindən birini yazdılar. Onlar öz qanları ilə qəhrəmanlıq dastanı yaradaraq Azərbaycan bayrağını qürurla dalğalandırdılar.
Bu gün Tovuz döyüşlərinin 6-cı ildönümüdür. Bu tarix yalnız bir döyüşün ildönümü deyil, həm də milli birlik, əyilməz iradə və Vətən sevgisinin simvoludur. Tovuzun igid şəhidləri xalqımızın yaddaşında əbədi yaşayır, onların müqəddəs xatirəsi daim ehtiramla anılır.
Qəhrəman şəhidlərimizin əziz xatirəsinə…
General-mayor Polad Həşimov
Polkovnik İlqar Mirzəyev
Mayor Anar Novruzov
Mayor Namiq Əhmədov
Baş leytenant Rəşad Mahmudov
Gizir İlqar Zeynallı
Gizir Yaşar Babayev
Çavuş Vüqar Sadıqov
Baş əsgər Elşad Məmmədov
Əsgər Elçin Mustafazadə
Əsgər Nazim İsmayılov
Əsgər Xəyyam Daşdəmirov
Onların hər biri Vətən torpağını canından üstün tutaraq ən uca zirvəyə – şəhidlik məqamına yüksəldi. Azərbaycanın müstəqilliyi, suverenliyi və üçrəngli bayrağımızın əbədi dalğalanması naminə göstərdikləri şücaət heç vaxt unudulmayacaq. Qəhrəman şəhidlərimizin əziz ruhu daim qəlbimizdə yaşayacaq, adları isə Azərbaycan tarixində əbədi olaraq qızıl hərflərlə yazılacaq.
Ruhunuz şad olsun, əziz şəhidlər!

MM.AZ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir