8 sentyabr üçün hava proqnozu: Yağışlı hava gözlənilir

ölkə

Sentyabrın 8-də Azərbaycanda hava şəraiti əsasən qeyri-sabit olacaq.
Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı, ayrı-ayrı ərazilərdə qısamüddətli leysan və şimşək çaxacağı ehtimal olunur. Gün ərzində yağıntıların tədricən kəsiləcəyi gözlənilir.

Bakıda gecə 18–20°C, gündüz isə 22–25°C isti olacaq. Küləyin arabir güclənəcəyi bildirilir.

Azərbaycanın rayonlarında da bəzi yerlərdə yağış, ayrı-ayrı ərazilərdə leysan və dolu ehtimalı var. Dağlıq ərazilərdə gecə və səhər duman müşahidə oluna bilər. Yüksək dağlıq ərazilərdə qar yağması ehtimalı da qeyd olunur. Rayonlarda gündüz temperaturunun 25–28°C, dağlıq ərazilərdə isə 15–20°C olacağı proqnozlaşdırılır.

Xəbərdarlıq: Ölkə ərazisində yağıntılı və küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib.
MUASİRMEDİA.AZ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir