Əvvəllər qonşular arasında münasibətlər daha sıx idi. İnsanlar bir-birinin evinə gedir, bayramlarda görüşür, ehtiyac yarananda bir-birinə kömək edirdilər.
Müasir şəhər həyatı isə bu münasibətləri müəyyən qədər dəyişib. İnsanların iş qrafikinin gərgin olması, böyük yaşayış binalarında çoxsaylı insanların bir arada yaşaması və sosial şəbəkələrin ünsiyyət formasını dəyişdirməsi qonşuluq münasibətlərinə də təsir göstərir.
Bəzən insanlar eyni binada illərlə yaşasalar da, bir-birini tanımırlar. Halbuki sağlam qonşuluq münasibətləri gündəlik həyatda bir sıra üstünlüklər yarada bilər.
Yaşlı insanın ehtiyacının qarşılanması, fövqəladə vəziyyətdə kömək göstərilməsi və uşaqların təhlükəsizliyinə diqqət edilməsi qonşuluq həmrəyliyinin nümunələrindəndir.
Yaxşı qonşuluq böyük dostluq tələb etmir. Bəzən sadə salam, hörmət və qarşılıqlı anlayış kifayətdir.
MUASİRMEDİA.AZ
