Uşağın təhsilində məktəb və ailə bir-birini tamamlayan iki əsas mühitdir. Müəllimin işi yalnız məktəbdə, valideynin məsuliyyəti isə yalnız evdə bitmir.
Valideyn uşağın dərslərinə maraq göstərməli, onun uğurlarını qiymətləndirməli və çətinlikləri zamanı dəstək verməlidir. Lakin uşağa həddindən artıq təzyiq göstərilməsi də mənfi nəticələr yarada bilər.
Məktəblə valideyn arasında sağlam kommunikasiya olduqda uşağın ehtiyaclarını daha düzgün müəyyənləşdirmək mümkündür. Müəllim uşağın dərsdəki davranışı və akademik vəziyyəti barədə valideynə məlumat verə, valideyn isə evdə müşahidə etdiyi problemləri müəllimlə bölüşə bilər.
Əsas məqsəd yalnız yüksək qiymət almaq deyil. Uşağın məsuliyyətli, müstəqil düşünən və cəmiyyətə faydalı fərd kimi yetişməsi də təhsilin mühüm nəticəsidir.
MUASİRMEDİA.AZ
