Hüquq-mühafizə orqanlarının məlumatına əsasən Cəlilabad rayon Ləzran kənd sakini, 1995-ci il təvəllüdlü Kərimova Şəfəq Əliağa qızı artıq tapılıb. Paytaxtda müəyyən edilən qadın 3 azyaşlı uşağı ilə birgə hazırda polis nəzarətindədir.
Bildirək ki, Kərimova Şəfəq Əliyağa qızı mart ayının 23-də axşam saatlarında 3 azyaşlı övladı ilə birlikdə yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.Şəfəqin anası Gülnisə Kərimovanın verdiyi məlumata görə qızı 11- il əvvəl Türkiyə vətəndaşı ilə ailə qurub. Müəyyən dövrlərdə onların ailə daxili münaqişələri yaşanıb. Türkiyədə yaşadıqları müddətdə Kərimova və uşaqları əri tərəfindən dilənçiliyə məcbur edilirmiş.Şəfəq Kərimova vətənə dönəndən sonra ərini tərk edərək anasının evində yaşamağa başlayıb. Tərəflər arasında münaqişə bununla daha da kəskinləşib. Sonradan Ferid oğurluq etdiyinə görə həbsə düşüb.Həbsdə olarkən belə Ferid Çalqıçı Abbas oğlu həyat yoldaşına qarşı hansısa yollarla hücum təşkil etdirib. Ərinin Türkiyədəki qohumları da qadını dəfələrlə ölümlə hədələyirmişlər. Novruz bayramı qabağı yenicə 3 illik həbsdən çıxan Ferid Çalqıçı həyat yoldaşına qarşı təziqləri davam etdirib və onu hədələyib. Ananın sözlərinə görə qızı övladlarının həyat yoldaşı tərəfindən oğurlanacağından ehtiyat edirmiş. Martın 23-də Şəfəq Kərimova axşam saatlarında yaşadığı ünvanı həyatı təhlükəsi olması səbəbi ilə tərk edib. Anasının dediyinə görə qızı hətta bu barədə DİN qaynar xəttinə də müraciət edərək həyatı təhlükəsi olduğunu bildirib və bundan sonra onun telefonuna bir daha zəng çatmayıb. Hazırda qadının anasının evinə qayıdacağı gözlənilir. Polis əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində həmin qadın 3 azyaşlı övladı ilə birlikdə Bakı şəhərində tapılaraq ailəsinə təhvil verilib.