Ayranın Faydaları..-fotolar

Cəmiyyət

İstilərə qarşı təravətləndirmək üçün seçilən ayran yayda içilməsi lazım olan sağlam içkilərdən biri kimi diqqət çəkir.
Xüsusilə, probiotik tərkibli ayran yay günlərində sağlam qidalanmaq istəyənlərin ən vacib seçimlərindən birinə çevrilir. Ağız dadımıza uyğun ənənəvi dadı ilə hər fəsildə içdiyimiz ayran yay aylarında istiyə qarşı ən əhəmiyyətli xilaskarlardan biridir. Yay günlərində sağlam şəkildə sərinlənmək istəyənlərin köməyinə ayran gəlir. Amma ayran təkcə dadlı içki olmaqdan ibarət deyil, yay aylarında hər gün ayran içməyin orqanizmimiz üçün çoxlu faydaları var. Ayran, xüsusilə, yay günlərində bədən istiliyini balanslaşdırmağa kömək edərək hərarətimizi azaldır. Tərkibindəki vitaminlər, minerallar və komponentlərlə bədənin müxtəlif funksiyalarının sağlam işləməsinə kömək edir. Bədənimiz tərləyərək su və mineralları itirərkən meydana çıxan ayran tərkibindəki elektrolitlər sayəsində bədənimizin maye tarazlığını qorumağa kömək edir. İlk növbədə,həzmi asanlaşdırır. Doydurma xüsusiyyətinə malik olan ayran həm həzmi asanlaşdırır, həm də qaz problemlərinə müsbət təsir edir. Kalsiumla çox zəngin olduğu üçün sümük sağlamlığını dəstəkləməyə kömək edir. Qatıq mənşəli olduğu üçün tərkibindəki bakteriyalarla bağırsaqları tənzimləməyə və həzm sisteminin sağlam işləməsinə kömək edir. Vitamin və zülalla zəngin olan ayran mədədə turşu səviyyəsini və xolesterin səviyyəsini tarazlamağa da kömək edir. Probiotik ayran yüksəlir Ənənəvi ayran kateqoriyası son illərdə probiotik ayranla zənginləşdirilmişdir. “Öncə sağlamlıqdır” deyənlər probiotik tərkibli ayran və kefiri, yəni probiotikləri əldən buraxmırlar. Ayran dietada saxlayanların tox qalmaları üçün də əvəzolunmazdır.Ayran aclıq hissinizi ortadan qaldıraraq sağlam şəkildə kilo vermənizə yardımçı olur.

MUASİRMEDİA.AZ
Yaqub Mehdioğlu

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir