Azərbaycan ilk gün iki medal qazandı

İdman
 Azərbaycanın iki cüdoçusu Bakıda keçirilən “Böyük Dəbilqə” turnirində bürünc medal qazanıb.
Yarışda 60 kiloqram çəki dərəcəsində çıxış edən Əhməd Yusifov üçüncü yer uğrunda görüşdə ukraynalı Dilşot Xalmatovu, 66 kiloqramda mübarizə aparan Elşad Əsədov isə özbəkistanlı Azizbek Ortikovu məğlub edərək fəxri kürsüyə qalxıblar.
60 kiloqramda yer alan digər Azərbaycan cüdoçusu Balabəy Ağayev isə bürünc medal uğrunda qarşılaşmada belçikalı Yorre Verstratenə uduzub.
Qeyd edək ki, fevralın 16-dək davam edəcək “Böyük Dəbilqə”də Azərbaycan 12 çəki dərəcəsində 32 idmançı (23 kişi və 9 qadın) ilə təmsil olunur.

MUASİRMEDİA.AZ

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir