Fevralın 19-da Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində Bakı Dağ Yəhudiləri Dini İcmasının sədri Milix Yevdayevə həsr olunan “Vətənə Bağlı” sənədli filminin təqdimatı keçirildi. Tədbirdə Milli Məclisin deputatı Ceyhun Məmmədov və onun təşəbbüsü ilə yaradılan Gənclərin Səsi platformasının könüllüləri də iştirak etdilər.
Film, Azərbaycanda mövcud olan multikultural dəyərləri, dini icmaların sülh və harmoniya içində yaşamasını və Milix Yevdayevin bu prosesdəki rolunu əks etdirən dəyərli ekran əsəridir. Azərbaycanda müxtəlif xalqların və dinlərin nümayəndələrinin azad və təhlükəsiz şəraitdə yaşaması, tarixi dövrlər boyu dini etiqadlarına heç bir maneə törədilməməsi xüsusi vurğulanıb.
Gənclərin Səsi olaraq biz də dövlətçilik dəyərlərini yaşatmaq, multikultural irsimizi qorumaq və cəmiyyətimizə töhfə vermək üçün bu cür əhəmiyyətli tədbirlərdə iştirak etməyə davam edirik!
Bu təqdimat Azərbaycanın multikulturalizm ənənələrinin güclü olduğunu və dini-etnik müxtəlifliyin sülh içində birgəyaşayışını bir daha nümayiş etdirdi.
MUASİRMEDİA.AZ
