Məktəblərdə pozqunluqları direktorlar yaradır

Təhsil
Bakının Pirallahı rayonu, Gürgən qəsəbəsi 231 nömrəli tam orta məktəbin direktoru Lamiyə İlhamsoyun səsyazısı yayılıb. Bir məktəbin direktoru bu qədər rüşvətxordursa onu cəmiyyət qınağıda düzəldə bilməz. Sadəcə belələrin təhsil ocaqından qovmaq lazımdır.
Səsyazısında direktorun müəllimlərlə mübahisəsi yer alıb.
Məlumata görə, direktor müəllimlərin ad günü ilə bağlı ona aldıqları hədiyyəni bəyənməyib və bu səbəbdən pedoqoji heyəti təhqir edib.
O, müəllimlərə “Mənə dilənçi payı lazım deyil” deyə irad bildirib.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib ki, məsələ araşdırılacaq.
Qeyd edək ki, 1984-cü il təvəllüdlü Lamiyə İlhamsoy 2022-ci ildən bu vəzifədə çalışır.

MUASİRMEDİA.AZ
Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir