Azərbaycan – Vyetnam əlaqələri mühüm əhəmiyyət kəsb edir.

Siyasət


“Prezident İlham Əliyev Vyetnam KP MK-nın Baş katibi To Lamın Bakıya səfərinin yekunlarına münasibət bildirərkən bu siyasi hadisənin Vyetnam-Azərbaycan əlaqələrinin inkişafı üçün mühüm əhəmiyyət daşıdığını söyləyib: “Əminəm ki, səfərin nəticələri uğurlu olacaq və əldə edilmiş razılaşmalar
konkret layihələrə çevriləcək.
Bu gün imzalanmış sənədlər arasında Azərbaycan ilə Vyetnam arasında qəbul edilmiş Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyanatı xüsusilə qeyd etmək istərdim.
Bu, çox ciddi siyasi sənəddir.
Bu, əslində, Vyetnam-Azərbaycan əlaqələrini daha yüksək pilləyə qaldıran
bir sənəddir. Əminəm ki, artıq bu yüksəksəviyyəli münasibətlər gələcək ikitərəfli əməkdaşlıq üçün də ən vacib
rol oynayacaqdır.
Gördüyünüz kimi, bu gün imzalanmış sənədlər arasında bir çox istiqamətlər üzrə sənədlər var. Bu gün apardığımız danışıqlar və əldə edilmiş razılaşmalar deməyə əsas verir ki, biz qarşılıqlı əməkdaşlıq istiqaməti üzrə çox ciddi addım atmışıq”.

MUASİRMEDİA.AZ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir