Türkiyədə UNESCO-nun Dünya Mədəni İrs Siyahısına daxil olan Hevsel bağlarında ümumi dəyəri iki milyard türk lirəsi olan (88 milyon manata yaxın – red.) çətənə bitkisi məhv edilib.
Stopnarkotik.az xəbər verir ki, bu barədə IHA agentliyi məlumat yayıb.
Bildirilir ki, çətənə bitkiləri polisin və prokurorluğun Diyarbəkir vilayətinin Dəclə çayı sahilində birgə keçirdiyi əməliyyat zamanı aşkarlanıb.
Əməliyyat zamanı 31 müxtəlif sahədən 5 300 kq marixuana istehsalına yararlı olan 30 min çətənə kolu toplanaraq məhv edilib.
MUASİRMEDİA.AZ