Xalq artistimiz Həsənağa Salayevin faciəli həyatı barədə faktlar:

Mədəniyyət

Evindən didərgin salınan, teatrda yaşayan, oğlu şəhid olan, ailəsindən heç kimin qalmadığı Xalq artistimiz Həsənağa Salayevin faciəli həyatı barədə faktlar: Fin müharibəsində 20 gün əsir olan Həsənağa Salayevə 8 ay işgəncə verir, suyun içində saxlayırlar ki, “xalq düşməni olduğunu boynuna alsın. Lakin o, heç nəyi boynuna almadığından sərbəst buraxılır. Həsənağa Salayev bacısı və onun həyat yoldaşı ilə münaqişədən sonra ata evini tərk edir. Dostu, Xalq artistimiz Adil İskəndərov ona yaşamaq üçün teatrın binasında bir otaq ayırır. Həsənağa Salayev ailə qurduqdan sonra Adil İskəndərovdan əlavə bir otaq da istəyir və Adil müəllim evsiz aktyora əlavə 1 otaq da ayırır. Həsənağa Salayev uzun illər ailəsi ilə teatrın binasında yaşayır.
Gələcək həyat yoldaşı Sərvət xanımla 1959-cu ildə tanış olur və onlar arasında sevgi yaranır. Cütlük 2 il sonra evlənir. O, həyat yoldaşını heç vaxt adıyla çağırmaz, həmişə ona “Xanım” deyə müraciət edərdi. Evlənəndə Həsənağanın 40 yaşı vardı, xanımından 17 yaş böyük idi. Cütlüyün iki oğlu olub – Dəryanur və Rəşadnuri. Övladları dünyaya gələndə Həsənağa Salayev sevindiyindən doğum evinin pəncərəsinə güllər atardı. Cütlük 20 il bir yerdə yaşayır. Həsənağa Salayev 7 il yataq xəstəsi olub və 1981-ci ildə vəfat edir.
Aktyorun oğlu Dəryanura nişanlısı ona xəyanət edir. Sarsılan gənc cəbhəyə – Qarabağ döyüşlərinə gedir və şəhid olur. Həsənağa Salayevin digər oğlu Rəşadnuri isə narkotikin qurbanı olur. Beləliklə, onun ailəsindən heç kim qalmır.
MM.AZ

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir