Avropada hazırlıq başladı

Dünya

Vatikan min ildən sonra ilk dəfə gənc bir katoliki – “İnternet əsrinin müqəddəsi” adlandırılan Karlo Akutisi müqəddəs elan etməyə hazırlaşır.

 1991-ci ildə anadan olan Akutis dindar ailədən gəlməsə də, uşaqlıqdan katolik inancına bağlılıq göstərib.

O, mütəmadi olaraq kilsə ayinlərində iştirak edir, hər gün dua edib. Texnologiyaya marağı sayəsində kilsə üçün vebsaytlar hazırlayıb, möcüzələrin təsnifatına həsr olunmuş platforma yaradıb.

Karlo 2006-cı ildə, cəmi 15 yaşında leykozdan dünyasını dəyişib. Onun ölümündən sonra adı ilə bağlı möcüzələr barədə dualar yayılmağa başlayıb və Katolik Kilsəsi gəncin həyatını tədqiq edib. Cəsədi Assisiyə köçürülərək Santa Maria Maggiore kilsəsində ziyarətə açılıb. Hər il yüz minlərlə insan Akutisin qalıqlarını görmək üçün ora gedir.

Anası onun şəxsi əşyalarını kilsəyə bağışlayıb – çarpayısından taxta parçaları, sviterinin hissələri və çarşaflar relikviya kimi qorunur. Saçları isə müxtəlif ölkələrdəki kilsələrə paylanıb.

Vatikan indi Karlo Akutisi rəsmi olaraq müqəddəslər sırasına daxil etməyə hazırlaşır. Bu addım həm Katolik Kilsəsinin gənclərə müraciətində yeni mərhələ, həm də internet dövründə inancın simvolu kimi qiymətləndirilir. MM.AZ

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir