Belarus tərəfdən Polşa sərhədini keçməklə kütləvi dron hücumu olmuş.

HƏRBİ
Bu gecə, (10. 09. 2025) Belarus tərəfdən Polşa sərhədini keçməklə kütləvi dron hücumu olmuş.
Polşa ərazisində həyəcan siqnalı, hərbi vəziyyət yaranmış, bütün hava limanları qapanmışdır. Və Rusiya dronları Polşa və NATO hərbi təyyarələri havaya qaldırılmaqla, vurulub, zərərsizləşdirilib.
Gecə ilə Avropa Birliyi liderləri ayağa qalxıblar. Səhər Polşa XİN Rusiya səfirinin çağırıb etiraz Notası verib. Rusiya tərəf sübut istəyib, Polşa DİN-i isə, gün ərzində 7 pilotsuz obyekt tapılıb, düşdüyü yerlərdə, deyə və bir evə raket düşüb, maşını zədələnib kimi rəsmi məlumatlar yayıb.
ABŞ prezidenti Tramp isə, səhər bu məsələ ilə bağlı təcili status paylaşıb:
– «Bu nə pozuntudur Polşa hava məkanında? Rusiya dronları tərəfindən! İndi, artıq başlandı!”
Nə başlandı, o maraqlıdır? Rusiyaya qarşı güclü sanksiyalarmı, ya Ukraynaya güclü silah dəstək yardımımı, ya oraya qoşun göndərməkmi, yaxud Rusiya, Belarusa qarşı müharibəmi? Bu dronlar İranın “Şahedləri” olduğu üçün İrana hücummu?
Bu gecəki Polşaya qarşı hava hücumu məsələsi yaxında Pekində Qərbə qarşı qütb yaranışından, hərbi parad nümayişindən sonra, Trampın təcili ABŞ Müdafiə Nazirliyi adını dəyişərək Müharibə nazirliyi qoymasının davamı olaraq müharibəyə başlanma üçün əsas ola bilərmi? Görək nə olur.
Onu deyim ki, Tramp və Avropa tərəfindən Putin onun Rusiyası üçün çox güzəşt edildi. Edildikcə də Putin bundan sülh üçün yox Ukraynaya qarşı zərbələr və Qərb ilə ziddiyyət üçün istifadə etdi. Qərbi, Trampı elə bir seçim qarşısında qoydu ki, Rusiyaya sərt cavaba məcburdurlar.
MM.AZ
Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir