Məşhur estrada müğənnisi Alla Puqaçovanın tarixdə təkcə mahnıları yox, həm də bu müsahibəsi qalacaq.
Çünki müğənni bu müsahibə ilə bütün Rusiyanı, onu idarə edənləri tövbəyə, vicdana, ədalətə, yalandan uzaq olmağa çağırır. O, Ukraynadakı mənasız müharibəyə etiraz edir, haqsız qan tökənləri lənətləyir.

Alla “həqiqəti söyləməyi öyrənmək lazımdır” deyir, şəxsiyyət və insan ləyaqətindən danışır, mənliyini, azadlığını, həqiqəti bir parça çörəyə satanları qınayır. Bu yolu tutaraq onu efirdən soyən həmkarlarına bir kəlmə də artıq söz demir.
Yüksək peşəkarlıqla hazırlanmış və Rusiyada geniş rezonans doğurmuş müsahibəyə 3-4 gün ərzində təxminən 15 milyon adam baxıb. Rusiya hakimiyyətinin “peşəkar” yaltaqları və hökümətdən pay alan blogerləri tənqidi fikirlərinə görə A.Puqaçovaya qarşı qarayaxma kampaniyası aparırlar. Amma xeyri yoxdur, çünki A.Puqaçovanın dediyi gerçəkləri hamı görür… amma hər adam deyə bilmir.

MUASİRMEDİA.AZ