“Azərbaycan ərazisində qanunsuz fəaliyyət göstərmiş sepetatçı rejimin cinayətkar üzvləri həbs olunaraq Azərbaycanda mühakimə olunub və onlara layiqli cəzalar verilib”.
T.İrfan onların məhkəmə prosesində dəfələrlə iştirak etmiş və prosesi izləmiş şəxs olaraq əminliklə deyir ki, məhkəmə tamamilə ədalətli keçirilib.
Onun sözlərinə görə, hüquqi prinsiplərin və beynəlxalq hüququn bütün norma və tələbləri qorunaraq onlara haqq etdikləri cəza verilib. Politoloq qeyd edib ki, bəzi təşkilatlar və qərəzli qurumlar adətləri üzrə irad bildirəcəklər:
“Qeyd edim ki, həmin qurumların özlərinin fəaliyyətində kifayət qədər ciddi nöqsanlar və hüquq pozuntuları var. Hüquqi yox, siyasi təsirlər altında, maraqlı dairələrin məqsədlərini təmsil edərək, bəzən də dini təəssübkeşlik zəminində müsəlman ölkələrinə qarşı o cür təşkilatlar əsassız bəyanatlar səsləndirirlər”.
Müsahibimiz bildirib ki, Qərb özü bir ölkənin Səddam Hüseyn kimi qanuni prezidentini öz ölkəsində asa, Müəmmar Qəddafini öldürə bilir, amma Azərbaycan xalqına qarşı misli görünməmiş terror, insanlıq əleyhinə ağır cinayətlər törətmiş şəxslərə isə cəza veriləndə narahat olur? Bunun harası ədalət oldu?
“Bu cür zəvzək təşkilatların cəfəng rəyləri önəmli olmamalıdır. Vaxtilə İsraildə bir günlük konstitusiyanı dəyişərək ölüm hökmünü bərpa edib yəhudi xalqına qarşı soyqırımında iştirak edən şəxsləri edam etmişdilər” deyən həmsöhbətimiz qeyd edib ki, çünki insanlıq əleyhinə törədilmiş cinayətlər ən ağır cəzaya layiqdir. Lakin Azərbaycanın humanist davranaraq həm də beynəlxalq hüququ nəzərə alaraq buna oxşar addımlar atmır. Dövlətin müvafiq qanunlarına görə həmin şəxslərdən bir qismi ömürlük cəzaya məhkum ediliblər. MM.AZ
