FHN-də “qoca” ləqəbli polkovniki vəzifəsindən azad etdilər-FOTO

Cəmiyyət

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin Tərtər Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin rəisi polkovnik Əliyev Mübariz Əli oğlu vəzifəsindən azad edilib.

Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun müvafiq əmri ilə 2009-cu ildən bu vəzifəni tutan “qoca” ləqəbli polkovnik təqaüdə göndərilib.

Nazirin digər əmri ilə daxili xidmət mayoru Zeynalov Babək Pərviz oğlu rəis əvəzi təyin olunub.

Qeyd edək ki, ötən ilin avqust ayında Babək Zeynalov Ağdərədə baş verən yanğın zamanı mina partlaması nəticəsində xəsarət almışdı.

 

MUASİRMEDİA.AZ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir