Mingəçevirdə məktəbdə yanğın -BAŞ VERİB

Hadisə
Mingəçevirdə məktəbdə yanğın olub.

 Hadisə energetiklər yaşayış massivində yerləşən, 19 saylı orta məktəbdə baş verib. Belə ki, yanğına məktəbin bufetinin elektrik kabellərində yaranan qısaqapanma səbəb olub. Tüstülənməyə görə şagirdlər təcili təxliyə olunub.

Hadisə yerinə gələn yanğınsöndürmə briqadası yanğının qarşısını alıb.

Faktla bağlı araşdırma aparılır.

MUASİRMEDİA.AZ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir