Rübabə Muradova 22 mart 1933-cü ildə İranın Ərdəbil şəhərində anadan olmuşdur.

Tarix

Rübabə Muradova 22 mart 1933-cü ildə İranın Ərdəbil şəhərində anadan olmuşdur. Az müddət Sabirabad Dövlət Dram Teatrında işləyib. Ələsgər Ələkbərov təsadüfən onu görüb Bakıya Filarmoniyaya dəvət etmişdir. 1951–1955-ci illərdə A. Zeynallı adına Bakı Musiqi Məktəbində (Seyid Şuşinskinin sinfində) təhsil almışdır. 1954-cü ildən ömrünün sonuna kimi Azərbaycan Dövlət Opera və Balet Teatrında əvvəlcə solist, sonra məşqçi-pedaqoq olmuşdur.
28 avqust 1983-cü ildə qaraciyər serozundan Bakıda vəfat edib və Yasamal qəbiristanlığında dəfn edilib.
Əsas partiyaları: Leyli (“Leyli və Məcnun” – Üzeyir Hacıbəyov), Əsli (“Əsli və Kərəm” – Üzeyir Hacıbəyov), Xanəndə qız (“Koroğlu” — Üzeyir Hacıbəyov), Ərəbzəngi (“Şah İsmayıl” – Müslüm Maqomayev), Şahsənəm (“Aşıq Qərib” – Zülfü Hacıbəyli), Sənəm (“Gəlin qayası” – Ş. Axundova)

MUASİRMEDİA.AZ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir