Mənim rəhmətlik atam fəhlə olub, un maşınlarından kisə-kisə yük boşaldan, insanların həyətini, kanalizasiyasını təmizləyən bir kişi.
Anam isə atam xəstə düşəndən sonra onun yerinə keçib kiminsə evini, həyətini, bağını təmizləyərək bu ailəni ayaqda saxlayan qadın olub.
Bu evə girən çörək haramdan gəlməyib.
Bu qapıdan keçən hər qəpik halal zəhmətin, alın tərinin nəticəsi olub.
Mənim nütfəm də, südüm də, mayam da halaldır.
Mən iki zəhmətkeş, pak, kasıb, amma şərəfli insanın övladıyam.
Belə bir ocaqdan çıxan insan namərd ola bilməz.
Bu mümkün deyil. Mənə güvənən, mənə arxayın olub addım atan, mənim arxamca gələn heç kimi yarı yolda qoymaram.
Mən kiminsə etibarını ayaq altına atmaram.
Bir şərtlə ki, mənə qarşı haqsızlıq edilməsin. (quyruğum tapdalanmasın)
Çünki mənim tərbiyəm də, qanım da, duruşum da buna icazə vermir.

MUASİRMEDİA.AZ
GÜLƏR AMİN
GÜLƏR AMİN
