“Cəmilə” musiqili səhnə əsərinin quruluşçu rejissoru Qırğızıstanın Əməkdar artisti Bolot Tentimişov, layihə rəhbəri Xalq artisti Qyrgyzbay Osmonov, libretto müəllifləri Əməkdar mədəniyyət xadimi Zayidin Uulu Ulan, Əməkdar artist Bolot Tentimişov, bəstəkarı Əməkdar artist Murzali Jeenbayevdir.
Tamaşada Ayzada Mukanbet (Cəmilə), Kural Çokoyev, Miran Janarbayev (Daniyar), Aksay Mukambet (Seyid), Abil Baygaziyev (Seyidin uşaqlığı), Əməkdar artistlər Salima Baltayeva, Məərim Karypova (Baybiçe), Anvar Osmonaliyev (Sadık), Kutmanbek Joldoshov (Orozmat), Xalq artisti Çırmaş Töröbekov (Briqadir) və başqaları iştirak ediblər.





