O, Azərbaycan – Türkiyə qardaşlıq körpüsünün ilk və ən böyük memarlarından biri idi.
Gördüyünüz bu şəkil Azərbaycan Cümhuriyyətinin ilk hərbiyyə naziri, Qarabağın general-qubernatoru olmuş Xosrov bəy Sultanovun “Qardaş köməyində” çalışdığı zaman çəkilmiş şəklidir.
Azərbaycan Türkiyə qardaşlığının ilk və əsas simvollarından biri Xosrov bəy paşa Sultanovdur. Birinci dünya müharibəsi zamanı Bakı Xeyriyyə Cəmiyyətinin baş təmsilcisi olaraq “Qardaş Yardımı” təşkilatının fəaliyyətini yönətən Xosrov bəy Türkiyənin şərq vilayətlərində Çar Rusiyası əsgərlərinin və Erməni vandallarının işğalçılq və talan siyasətindən əziyyət çəkən müsəlman əhaliyə Azərbaycandan əl uzadan qardaşların əlaqələndiricisi idi. Çoxlu sayda Türk insanı onun köməyi ilə xilas olmuş, Gürcustan və Azərbaycanın müxtəlif məkanlarında sığınacaqlara yerləşdirilmişdi. Əsir düşmüş bir çox Osmanlı əsgərləri xilas edilmiş, əsr düşərgələrindən qurtulmuşdu. Xosrov Paşa bəy Sultanov bu qardaşlıq və insanlıq körpüsünün ilk və ən böyük memarlarından biridir.

